Maraq üçün başladı, indi əl işləri dünyanı gəzir

Maraq üçün başladı, indi əl işləri dünyanı gəzir
Türkiyəli sənətkar  Əli Osman Karakuş xobbi üçün başladığı işdə bu qədər məşhurlaşacağına inanmırdı.
 
Sfera.az xəbər verir ki, artıq sosial mediadan bütün dünyada məşhur olan  Əli Osman əl işlərini elə internet vasitəsilə satışını həyata keçirdir.
 
 3 uşaq atası, 41 yaşlı Əli Osman Karakuş  həyat hekayəsi olduqca maraqlıdır.  2 il əvvəl internetdə gördüyü işlənmiş su qabının  eynisini almaq istədi. Lakin baha olduğu üçün bu işləri özü görməyə başlayıb. Tez bir zamanda məşhurlaşan Əli Osman indi özü bu əsərləri satır. 
Suqabı, çilçıraq, vazalar üzərində bəzək işlərini görən Əli Osman məhsulları internet vasitəsilə dünyanın müxtəlif ölkələrinə satır.

OXŞAR XƏBƏRLƏR