Mançesterdəki partlayış nəticəsində ölənlərin sayı artır
10:39 / 23.05.2017
1315
İngiltərənin Mançester şəhərindəki stadionda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Bu barədə Mançester polisi bəyan edib. Bundan əvvəl 19 nəfərin həlak olduğu bildirilirdi.
Hadisə nəticəsində 50 nəfər xəsarət alıb.
Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.
Sfera.az