Mançesterdə məktəb boşaldılıb - Həyəcan

Mançesterdə məktəb boşaldılıb - Həyəcan

İngiltərənin Mançester şəhərinin Trafford bölgəsindəki bir məktəbdə terror həyəcanı yaşanıb.

Məktəbdə bomba olması ilə bağlı məlumat yayılandan sonra giriş qapıları bağlanıb və bombanı zərərsizləşdirmək üçün əraziyə qruplar cəlb olunub.

Mançester polisi təhlükəli vəziyyət yarandığını bildirib.

Məktəb tamamilə boşaldılıb və yaxınlıqdakı vətəndaşların ərazidən uzaqlaşmaları tələb olunub.


Qeyd edək ki, Mançesterdə terakt bazar ertəsi baş verib. Nəticədə 22 nəfər həlak olub, 120 nəfər yaralanıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR