"Mançester Siti", "PSJ" və "PSV" çempion oldular

İngiltərə Premyer Liqası çərçivəsində "Mançester Yunayted" "Vest Bromviç"i qəbul edib.
 

Sfera.az xəbər verir ki, "qırmızı şeytanlar" öz doğma meydanında rəqibinə 0:1 hesabı ilə məğlub olub. 33 turdan sonra 71 xalla Premyer Liqanın ikinci pilləsində qərarlaşan "Mançester Yunayted" 87 xal ilə ilk pillədə qərarlaşan "Mançester Siti"yə çatmaq şansını itirib.
 

Beləliklə, Premyer Liqanın yekunlaşmasına 5 tur qalmış "Mançester Siti" ən yaxın izləyicisi "Mançester Yunayted"i 16 xal qabaqlayaraq çempion olub.

Eyni zamanda, Fransa Liqasında "PSJ" "Monako"nu qəbul edib. Paris təmsilçiləri rəqibini 7:1 hesabı ilə darmadağın edərək xal ehtiyyatını 87-yə çatdırıb. Beləliklə çempionatın sonuna 5 tur qalmış "PSJ" ən yaxın izləyicisi "Monako"nu (70 xal) 17 xal qabaqlayaraq çempion olub.

Bundan əlavə Hollandiya yüksək liqası çərçivəsində "PSV" "Ayaks"ı qəbul edib. "PSV" rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazanaraq xal ehtiyyatını 80-ə çatdırıb. Çempionatın sonuna 3 tur qalmış ən yaxın izləyicisi olan "Ayaks"ı (70 xal) 10 xal qabaqlayaraq "PSV" çempion olub.

Qeyd edək ki, aprelin 7-si Almaniya Bundesliqasının nəhəngi "Bavariya" 29 turdan sonra çempionatın sonuna 5 tur qalmış 72 xalla ən yaxın izləyicisi olan "Şalke"ni 20 xal qabaqlayaraq çempion olub.





 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...