MANATINIZI DOLLARA ÇEVİRİN – Tanınmış iqtisadçıdan məsləhətlər

MANATINIZI DOLLARA ÇEVİRİN – Tanınmış iqtisadçıdan məsləhətlər

"Azərbaycandan və ölkədən kənarda yaşayanlardan manatın taleyi ilə bağlı xeyli suallar daxil olmaqdadır. Demək olar ki, hamının vəziyyəti eynidir, müraciətlər də oxşardır. Əksəriyyəti banklarda manatla olan əmanətlərin taleyi narahat edir. Bildirmək istəyirəm ki, neftin ucuzlaşan qiymətinin orta müddətli (ən azı 3 ay) dövrdə sabit qalması və ya onun daha da ucuzlaşması höküməti yenidən devalvasiya getməyə məcbur edə bilər. Amma onu da nəzər alın ki, hazırda neftin qiyməti ucuzlaşmaya daha çox meylli olsa da o bir müddətdən sonra yenidən bahalaşa da bilər, amma qlobal bazarlarda gedən proseslər və koronovirusun iqtisadiyyatda yaratdığı çətinliklər bu ssenarinin ehtimalını aşağı salır”.

Sfera.az xəbər verir ki, bu fikirlər iqtisadçı alim Qubad İbadoğluna aiddir.

"Devalvasiyaya gəlincə, əvvəlki təcrübədən bilirsiniz ki, bu qərarı Mərkəzi Bank verməlidir. Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər, lakin uzun müddətli dövrdə onun qarşısını ala bilməz. Odur ki, hesab edirəm ki, Mərkəzi Bank və ya Maliyyə Sabitliyi Şurası bu gün toplaşıb yaranmış vəziyyətlə bağlı həll planlarını özündə əks etdirən bəyanat verməlidir. Eyni zamanda bu açıqlamada digər banklara neqativ təsirləri azaltmaq üçün AtaBank müştərilərinin probleminin həlli yolunu da göstərməlidir. Əks təqdirdə yaranmış ajiotaj bankları çıxılmaz vəziyyətə sala bilər.

Ehtimallara görə, manatın devalvasiyası baş verərsə o əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq. Hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu zamana bağlı məsələdir. Odur ki, bankda manatla olan əmanəti və nağd vəsaiti idarəetməyin 5 yolu vardır.

1) Manatla olan əmanəti dollara çevirmək, bu halda faiz gəlirlərinin fərqindən itkilərlə üzləşsələr də vəsaitlərini əksəriyyət tam və bəziləri isə qismən qoruya biləcəklər. Çünki bu dalğada da bağlanan və ya birləşən banklar olacaq.

Qısa və orta müddətli dövrdə az risklidir, uzunmüddətli dövrdə risklidir.

2) Əmanətləri geri çəkmək, eləcə də əldə olan nağd vəsaiti daha risksiz bazarlara sərmayə qoymaq. Məsələn, hazırda qızıla sərmayə daha etibarlı hesab olunur və yaxud da ucuzlaşan əmlak, mülk, torpaq almaq. Amma nəzərə alın ki, bu bazarlarda uğur qazanmaq üçün də sərmayəni düzgün zamanında yerləşdirmək və qazancları uzun müddətli dövrə gözləmək lazımdır.

Qısa və orta müddətli dövrdə risklidir, uzun müddətli dövrdə az risklidir.

3) Manatla geri çəkilən vəsaitləri dollara dəyişib bankların seyflərində saxlamaq. Bu variant daha sadədir, etibarlıdır, əlavə gəlir yaratmır, yalnız mövcud olan vəsaiti qorumağa xidmət edir.

Bütün dövrlərdə az risklidir.

4) Manatla olan əmanətləri olduğu kimi saxlamaq.

Qısa müddətli dövrdə az risklidir, orta və uzunmüddətli dövrdə çox risklidir.

5) Vəsaiti dollara çevirib beynəlxalq səhm bazarlarında yerləşdirmək.

Qısa və orta müddətli dövrdə çox risklidir, uzunmüddətli dövrdə az risklidir.

Seçim variantları budur, qərarı özünüz verin”,- deyə alim təkliflərini təqdim edib.


OXŞAR XƏBƏRLƏR

Yaponların döyməli insanları sevməməsinin TARİXİ SƏBƏBİ

Yaponiyaya səfər edən turistlərin çoxu döymələrə qarşı belə sərt mövqeyi anlamaqda çətinlik çəkir. Lakin, döymələr Yapon mədəniyyətində gözləniləndən daha dərin...

"Trampa zərbə arxasınca zərbə gəldi" - Politoloqdan AÇIQLAMA

"Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp prezidentlik kürsüsünə oturmamış zərbə dalınca zərbə almaqdadır".   ...

Bu şokolad brendi Almaniyada kvadrat formalı şokolad istehsal etmir -Maraqlı Səbəb

Alman supermarketlərində şokolad rəflərinə diqqətlə baxdığınız zaman kvadrat şokoladların yalnız bir markaya aid olduğunun fərqinə varmış ola bilərsiniz. Bəs, h...

Qadın 18 bilet alıb və 180 min dollar udub - Maraqlı HADİSƏ

ABŞ-də bir qadın 18 lotereya bileti alıb və 180 min dollar udub.   Sfera.az xəbər verir ki, bu barədə "UPI" yazıb.   Belə ki, Va...

Transseksual qadın xəstəxanadan rekord məbləğdə təzminat aldı

Çində transseksual qadın razılığı olmadan onu elektrik cərəyanına məruz qoyan tibb müəssisəsindən rekord məbləğdə təzminat alıb.   Sfera.az bildirir ...

Taleh Yüzbəyovun həyat yoldaşı qəzaya düşdü - FOTO

Aktyor Taleh Yüzbəyovun xanımı, bloqer Xatirə Yüzbəyova ağır qəzaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında pa...