Manatın taleyini qarşıdakı illərdə nə gözləyir?- ekspert rəyi

Manatın taleyini qarşıdakı illərdə nə gözləyir?- ekspert rəyi
"Beynəlxalq reytinq agentliyinin manatın qarşıdakı illərdə məzənnəsilə bağlı verdiyi proqnoz mümkündür, amma bu baş verməyə də bilər. Hər şey bu məsələdə Mərkəzi Bankın tytacağı mövqedən asılı olacaq” 

Sfera.az-a açıqlamasında bu sözləri Standard and Poors reytinq agentliyinin manatın məzənnəsilə bağlı qarşıdakı illərdə nələrin gözlənildiyi istiqamətində verdiyi proqnozuna münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib: 
 
"Öncə qeyd edim ki, Azərbaycan manatı inzibati qaydada tənzimlənir. Neçə il bundan əvvəl üzən məzənnəyə keçildiyi elan edilsə də, manatın dayanıqlığı Mərkəzi Bank tərəfindən qorunub saxlanılır. Yəni hazırda manatın məzənnəsi hökumətin istəyindən asılı olaraq dəyişə, yaxud da mövcud səviyyədə qala bilər. Amma o da var ki, manat bir çox daxili və xarici səbəblər üzündən ilbəil dəyər itirir. Bilirsiniz ki, Azərbaycanla qonşu və iqtisadi tərəfdaş olan bir çox ölkələrin milli valyutaları dəyərdən düşüb. Bu hal isə dolayısı ilə manata da öz təsirini göstərib. Digər tərəfdən, ölkə daxilində istehsal çox zəifdir. İlbəil istehsal göstəriciləri aşağı düşür, iqtisadi qaynaqlar ilbəil itirilir. Əvəzində idxal artır. Son illər demək olar ki, hər cür mal və məhsulu idxal edirik. Azərbaycan kənd təsərrüfatı ölkəsi olsa da, daxildə ətin qiymətini sabitləşdirmək üçün idxalda həmin məhsula qoyulan əlavə dəyər vergisini götürmək barədə düşünürlər. Yəni manatın mövqeyinə təsir edən amillər içərisində ölkə daxilində istehsalın zəifləməsi əsas amildir. Bütün hallarda "Standard and Poors Azərbaycan manatı ilə bağlı verdiyi proqnoz mümkündür. Amma bu baş verməyə də bilər. Çünki, ölkəmizdə manat Mərkəzi Bank tərəfindən tənzimlənir. Ona görə həmin verilən proqnozlar uyğun gəlməyə də bilər”. 
 
Bütün hallarda, həmsöhbətimiz sözügedən proqnoza şübhə ilə yanaşdığını da dilə gətirdi: 
 
"Reallığa gəldikdə, sözügedən reytinq agentliyinin həmin proqnozuna da şübhə ilə yanaşıram. Belə ki, hökumətin tənzimləmə siyasəti olmasa,  manat göstərilən tariflərlə müqayisədə daha çox dəyər itirə bilər”.
 
Qeyd edək ki, "Standard and Poors reytinq agentliyinin yazdığına görə, 2019-cu ildə mzanatın dollara nisbətən məzənnəsi 1,79 manat təşkil edəcək. Agentliyin proqnozuna görə, növbəti ildə də anoloji proses davam edəcək və manar dollara nisbətən bir qədər də ucuzlaşaraq 1,87 nisbətində olacaq. Hətta 2021-ci ildə də agentliyin gəldiyi nəticəyə görə, manat dəyər itirməkdə davam edəcək və bir dollar 1,97 manat olacaq. Hazırda isə 1 dollar 1,70 manat civarəndadır. Uzun müddətdir ki, Mərkəzi Bankın prosesə müdaxiləsilə manat məhz bu səviyyədə qalır. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR