"Manatın məzənnəsinin sabit olması..." - Ekspert şərhi

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov manatın möhkəmlənməsinin mümkün perspektivləri ilə bağlı jurnalistlərin sualını cavablandırıb.


Baş bankir tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa biləcəyini söyləyib:

"Manat üzən məzənnə rejimindədir. Tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa bilər. Lakin bunu bazar həll edir. Sadəcə olaraq, hökumət və AMB düşünməlidir ki, bütünlükdə manatın möhkəmlənməsi ölkədə həyata keçirilən iqtisadi strategiyaya nə dərəcədə uyğundur. Burada ixracın dəstəklənməsi və şaxələndirilməsi diqqət mərkəzində olmalıdır", - AMB sədri əlavə edib.


Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, tədiyyə balansında müsbət saldonun olması 2 əsas faktorla bağlıdır:

"1. Keçən ilin ilk 8 ayına nisbətən, bu ilin ilk 8 ayında neftin ortalama qiyməti bahalaşdı, təqribən 15 dollar artdı, bu da ölkəyə gələn valyutanı artırdı, 2. İnsanların alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə və ciddi inflyasiya, bahalaşma ilə əlaqədar xaricdən gətirilən malların həcmi azalıb, təqribən, 17% azalma var – bu iki faktor tədiyyə balansına müsbət təsir edib. O ki, qaldı manatın möhkəmlənməsinə, son bir neçə aydır manat-dollar məzənnəsi sabitləşib. Demək olar ki, dəyişməz qalıb, bu da dollar məzənnəsinin inzibati qaydada tənzimlənməsinin nəticəsidir. Hərraclar tam formal xarakter daşıyır, məzənnə inzibati qaydada təyin edilir. Amma manat sabit deyil, nədənsə ölkədə hamı - əhali, hökumət, biznes ancaq manat-dollar məzənnəsini nəzərə alır. Dünyanın aparıcı valyutalarına, o cümlədən avroya qarşı manat son aylarda 15%-ə yaxın dəyər itirib. Yəni, manatın məzənnəsinin sabit olması nisbidir”.

Gülnarə Eynullaqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...