Manatın məzənnəsi ilə maraqlananlar bu xəbəri izləsin - VİDEO

Manatın məzənnəsi ilə maraqlananlar bu xəbəri izləsin -  VİDEO

Mərkəzi Bankın valyuta ehtiyatları artdı.

Azərbaycan iqtisadiyyatında devalvasiyadan sonra bir sıra mühüm göstəricilər üzrə rəqəmlərdə ilk dəfə müsbət dəyişiklik müşahidə olunmağa başlayıb. Ekspertlər Mərkəzi Bankın yeni yaydığı rəqəmləri Azərbaycan iqtisadiyyatının dayanıqlığının nəticəsi kimi qiymətləndirirlər.

Azərbaycan iqtisadiyyatı devalvasiyadan sonra yaranan proseslərə çevik reaksiya verməklə müxtəlif göstəricilər üzrə artımlara nail olub.Mərkəzi Bankın may ayına olan statistik rəqəmləri belə deməyə əsas verir.

2014-cü ilin iyun ayından azalmağa başlayan Mərkəzi Bankın valyuta ehtiyyatları ilk dəfə bu ilin may ayı ərzində 847,1 milyon dollar və ya 14.5 faiz artaraq 6 milyard 683 milyon dollara yüksəlib.Bu artımda Mərkəzi Banka istiqrazlar buraxmaq kimi yeni səlahiyyətin verilməsi və Birinci Avropa Oyunları önəmli rol oynayıb.

İqtisadi göstəricilərdə daha bir müsbət dəyişikik dövriyyədə olan nağd pul kütləsindəki dəyişiklikdir. Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi may ayına nisbətən artaraq iyunun 1-də 7 milyard 597 milyon manat olub.Bu isə may ayı ilə müqayisədə 178 milyon və ya 2.4 faiz çoxdur...

Daha bir vacib məqam budur ki, yay fəsli boyunca qiymətlərdə hansısa bahalaşma gözlənilmir. //xezerxeber

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...