Manatın devalvasiyası ilə bağlı deputatdan əhaliyə ŞAD XƏBƏR

Manatın devalvasiyası ilə bağlı deputatdan əhaliyə ŞAD XƏBƏR
"Yaxın illərdə Azərbaycanda devalvasiya gözlənilmir. Bununla bağlı əhalinin hər hansı narahatlığına əsas görmürəm".

Bu sözləri Sfera.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP-nın üzvü olan deputat Aydın Hüseynov bildirib.

A.Hüseynov devalvasiyanın baş verdiyi ölkələrin dövlət büdcələrinin daha çox neft gəlirləri hesabına formalaşdırğını söyləyib:

"Əsasən devalvasiya dünyada neftin qiymətində kəskin enmə baş verən zaman olur ki, bununla bağlı da indi heç bir əsas yoxdur. Çünki dünyada neftin qiyməti daha çox baş verən geosiyasi proseslərdən asılı olur. Hazırda isə dünyada neftin qiyməti sabitdir".

Deputat deyib ki, artıq Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı artıb:

"İqtisadiyyatda qeyri-neft sektoru gəlirlərinin payının artması da devalvasiyanın baş verməməsini şərtləndirən əsas amillərdən biridir. Son illər isə Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir, ticarət dövriyyəsində müsbət saldo artır və sairə. Növbəti illərdə Azərbaycanda ümumidaxili məhsulun daha da artacağı proqnozlaşdırılıb. Bütün olan halda manatın devalvasiyaya uğrayacağını söyləmək düzgün proqnoz deyil. Yəni, əslində Azərbaycan manatı sabitlik dövrünü yaşayır və Azərbaycan iqtisadiyyatı da manatın bu kursuna adaptasiya olur".
 
Orxan Bəşirov
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR