Manat nisbətən möhkəmləndi

Manat nisbətən möhkəmləndi

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 27-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 26-i ilə müqayisədə 0,2% bahalaşaraq 1,5787 manat təşkil edib.

Türkiyə lirəsi isə manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,19% azalaraq 0,5192 manat olub.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,16% möhkəmlənərək 1,7366 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,83% ucuzlaşaraq 0,0239 manat səviyyəsinə enib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0730 manatdır. Beləliklə, funt sterlinq də 0,3%-lik bahalaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi də 0,2% artaraq 0,6712 manat təşkil edib.

 

 
 

OXŞAR XƏBƏRLƏR