Manat «koma»ya düşdü - RİSK ARTIR

Manat «koma»ya düşdü - RİSK ARTIR
Azərbaycan valyutasının dollar qarşılığında 1,68 manat olacağı gözlənilir 

Fevral və dekabr şoklarından hələ ayılmayan Azərbaycan manatı yaxın vaxtlarda «koma» vəziyyətinə düşə bilər. Politika.az xəbər verir ki, son bir həftə içində manatın dollar qarşısında durmadan dəyər itirməsi isə prosesin başlanğıcıdır. 

Məlumat üçün bildirək ki, üçüncü devalivasiyanın ola bilmə ehtimalı son günlər xeyli artıb. Düzdür, hökumət hər nə qədər özünü tox tutmağa çalışsa da, artıq onların da gücləri qalmayıb. Çünki dollar dünya birjalarında ciddi şəkildə mövqelərini bərkidir. Bu zaman təkcə manat deyil, digər dövlətlərin də milli valyutalarının sıradan çıxması müşahidə ediləcək. 

Sfera.az xəbər verir ki, manatın son günlər 1,48 manatdan 1,53 manata qalxması prosesin ciddi fəsadlarla müşahidə edilə biləcəyini göstərir. Bəs, durum necə olacaq? Qeyd edək ki, artıq üçüncü devalivasiya artıq qapıdadır. Onun bu yaxınlarda, bir həftəyə və ya bir aya baş verə biləcəyini də demək çox çətindir. 

Manatın aqibəti qarşıdakı həftə ərzində heç də ürək açan olmayacaq. Buna səbəb dünya birjalarında yaşananlar, Britaniyanın Avropa Birliyindən çıxması və digər amillərdir. Manatın real dəyərinə gəldikdə isə onun qarşıdakı həftələr içində bəlli olacaq və qiymətin dollar qarşılığında ən maksimum 1,68 manata çatacağı proqnozlaşdırılır. 

Ekspertlər bildirirlər ki, manatın dollar qarşılığında 1,80-2 manat olma ehtimalı indiki məqamda çox azdır. Amma müəyyən zamandan sonra rəqəmlərin dəyişməsi mümkündür.(Politika.Az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan QALDIRILIR

Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haq...

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə “...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - 2 - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

İlham Əliyev: "Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb"

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prez...

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək

Azərbaycanın Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi arasında bu ölkədə...