Manaf qızını boşayan kürəkənini müflis etmək üçün Almaniyaya getdi? - ŞOK İDDİA - VİDEO - FOTO
Manaf Ağayevin Almaniyaya səfər edib.
Manafın qızı ikinci həyat yoldaşından da AYRILDI - Səbəbi ŞOKA SALACAQ - VİDEO - FOTO
Milli.Az xəbər verir ki, müğənnini orada yaşayan həmvətənlərimiz qarşılayıblar.
Bu barədə müğənni özü məlumat verib. Manaf Berlin hava limanında onun qarşılanma anının videosunu sosial şəbəkə hesabından "Bu günki səfərimiz Berlin şəhərinə oldu. Dostum, qardaşım, iş adamı Yusif bəyin dəvətilə Berlinə gəldik. Çox sağol, qardaşım, belə gözəl qonaqpərvərliyin üçün" şərhi ilə paylaşıb.
Yazdığı şərhdən müğənninin səfərinin nə konsert, nə də toy olduğunu söyləmək olar. Məhərrəmlik ayı olduğunu nəzərə alsaq, ortaya başqa iddialar çıxır...
Güman edilir ki, müğənni qızının boşandığı ikinci həyat yoldaşı Taleh Hüseynovla bir zamanlar Almaniyada birgə qurduğu biznesinə sahib çıxamaq məqsədi ilə Berlinə getməli olub. Bu iddianı artıran səbəblərdən biri də Talehin təxminən 2 il əvvəl boşandığı Səmayə (Manaf Ağayevin qızı) ilə bu yaxınlarda baş tutan məhkəmə prosesindən sonra mediaya etdiyi açıqlama olur.
Talehin təxminən 20 gün öncə verdiyi həmin açıqlamasını xatırladırıq:
"Bir yerdə biznes qurmuşduq. Məhkəmə qərar çıxartdı ki, mülki məsələdir, öz aranızda həll edərsiniz. Onunla bağlı indi də getmək istəyirlər Almaniyaya. Orada mənim özümün biznesim, şirkətim var. İndi gedirlər ora şikayət eləməyə ki, "Biz səndən əl çəkməyəcəyik". Bunlar nə istəyirlər, bilmirəm. Başqa-başqa aləmdən adamlar var, onlar vasitəsi ilə zəng edirlər hədələyirlər, təhdid edirlər.
Burada (Bakıda) elə bir polis idarəsi qalmadı ki, gedib orada məndən şikayət etməsinlər. İndi də gəlirlər ora, Almaniyaya gəlirlər. Gəlsinlər...".
Xatırladaq ki, Azərbaycan vətəndaşı olan Taleh Hüseynov açıqlamasında "Uşağının olmamağından biz ayrıldıq. Övlad olmayıb ayrılmışıq. Mənim üçün övlad çox önəmli varlıqdır" demişdi. Qarşı tərəf isə Talehi ailəni aldadıb onlardan sui-istifadə etməkdə ittiham edərək məhkəməyə verib. Cütlük 2 il əvvəl ayrılsa da xəbər mediaya bu yaxınlarda sızıb.
Turqut
Milli.Az
//