Manaf Ağayev karantin qaydalarını belə pozdu - VİDEO

Manaf Ağayev karantin qaydalarını belə pozdu - VİDEO
Müğənni Manaf Ağayev karantin günlərində həmkarlarını və yaxın dostlarını başına toplayıb, iftar süfrəsi açıb.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, sənətçinin dəbdəbəli malikanəsinə dəvət etdiyi məşhurlar sırasında Əməkdar artistlər Vasif Məhərrəmli, Teymur Əmrah, Kikboksinq üzrə dünya çempionu Eduard Məmmədov da olub.

M.Ağayev iftar süfrəsi önündə qonaqları salamlayaraq, çıxışını belə davam edib: "Əziz qardaşlar hər zaman siz gələsiz. İstədim sizi bir yerə toplayıb iftar süfrəsi verim. Müəyyən səbəblərdən oruc tuta bilmirəm. İstədim ki,oruc tutan və tutmayan dostlarımı da bir yerə toplayım”.

Daha sonra Manaf sözü süfrə arxasında əyləşən Əməkdar artist Vasif Məhərrəmliyə verib.

 

 

"Manaf qardaşım sağ olsun Ramazan günündə bizim üçün iftar süfrəsi açıb. Bura (Manafın bağ evi - red.) öz evimiz kimidir. Hər zaman süfrən açıq olub, olacaq da. Sən Allahın sevimli bəndəsisən. Başın uca, süfrən ruzili, kisən bərəkətli olsun”, - deyə Vasif bildirib.

Xatırladaq ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tədbiq edilən karantin qaydalarına əsasən, bir yerdə beş nəfərdən artıq toplaşmaq, ara məsəfasi gözləməmək, maska və əlcəklərdən istifadə etməmək qadağandır.

Yuxarıda sadaladığımız bütün bəndlər isə müğənni Manaf Ağayevin lentə alaraq, sosial media hesabında paylaşdığı videoda pozulub.

 



OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...