Manaf Ağayev kürəkənini həbs etdirib

Manaf Ağayev kürəkənini həbs etdirib
Ötən gün gecə saatlarında müğənni Manaf Ağayevin keçmiş kürəkəni Gürcüstan sərhədini keçmək istəyərkən saxlanılıb və oradan Qazax polis şöbəsinə aparılıb.

Polis şöbəsində ona bildiriblər ki, Manaf Ağayev ondan qızının cehizlərinin qaytarmaması ilə bağlı şikayət edib.

Belə ki, müğənni cehizə görə sabiq kürəkənindən pul tələb edir. Buna görə onun ölkədən çıxışına qadağa qoydurub.

Halbuki, cehizlər Manaf Ağayevin evinə aparılıb və onlar onu götürməkdən imtina ediblər.

Məsələ ilə bağlı Manaf Ağayevlə əlaqə saxladıq. Müğənninin köməkçisi nə məqsədlə zəng etdiyimizi eşidəndən sonra "məsələni Manaf müəllimə deyərəm, özü əlaqə saxlayar" deyə bildirdi. Lakin dəfələrlə müğənninin telefonunu yığsaq da zəngimizə cavab verən olmadı.

Aznews24.az

OXŞAR XƏBƏRLƏR