Maliyyə Nazirliyindən VACİB QƏRAR

Maliyyə Nazirliyindən VACİB QƏRAR

İyulun 29-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən kollegiya iclasında Əmanətlərin Sığortalanması Fonduna Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ayrılacaq 100 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb.

 

Qeyd olunub ki, Mərkəzi Bankın müraciəti "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.7-ci və 17.2-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 812 nömrəli Fərmanına uyğun olaraq Maliyyə Nazirliyinə təqdim edilib. Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş 4 bankın – "Dekabank”, "Kredobank”, "Parabank” və "Zaminbank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır.

 

Maliyyə Nazirliyinin Kollegiyası əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 100 milyon manat məbləğində kredit vəsaitinə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.



OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...