Maliyyə Nazirliyində Apellyasiya Şurası yaradıldı

Maliyyə Nazirliyində Apellyasiya Şurası yaradıldı

Azərbaycan prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti

 orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli fərmanına 

uyğun olaraq Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi

 təsdiq edilib.

Sfera.az bildirir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, sahibkarlıq fəaliyyəti göstərən fiziki 

və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi,

 bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan

 Şuraya maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin olunub. 7 nəfərdən ibarət Apellyasiya 

Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildirlər. 

Nazirliyin aparatının rəhbəri Namiq Süleymanov, Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov,

 İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri Mərdan Mərdanov, İqtisadi sahələrin 

maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli, Ümumi şöbənin müdiri Lalə Həsənova, Vergi siyasəti 

və gəlirlər şöbəsinin müdiri vəzifəsini icra edən Fikrət Şirinov Şuranın üzvü təyin edilib.

 
Bundan başqa, Apellyasiya Şurasının Katibliyinin rəhbəri vəzifəsinə Mayis Piriyev, üzvləri 

ümumi şöbənin sektor müdiri Zemfira İsmayılova və Hüquq şöbəsinin baş məsləhətçisi Elçin 

Nəcəfov təyin ediliblər.

 
Apelyasiya Şurası Bakı şəhəri Səməd Vurğun küçəsi 135 ünvanında - Maliyyə Nazirliyinin 

inzibati binasında fəaliyyət göstərəcək.


OXŞAR XƏBƏRLƏR