Maliyyə institutlarının \"Turan Bank\" a inamı azalıb - HESABAT

Maliyyə institutlarının \
 "Turan Bank" cari ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.
 

Sfera.az bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Turan Bank"ın cəmi aktivləri 2018-ci ilin 3-cü rübü ilə müqayisədə 4 mln. 30 min manat artaraq 517 mln. 997 min manata bərabər olub. Bankın cəmi öhdəlikləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 11 mln. 614 min azalaraq 443 mln. 358 min manata enib. "Turan Bank"ın cəmi kapitalı 2018 -ci ilin eyni dövrü ilə müqayisədə 715 mln. 645 min manat artaraq 4 mln. 640 min manata çatıb.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Turan Bank"ın müştərilərinə verdiyi kredit və lizinqlər 2018 -ci ilin analoji dövrü ilə müqayisədə 45 mln. 254 min manat artaraq 335 mln. 367 min manata çatıb. Bu da bankın cəmi aktivlərinin artmasına səbəb olub. Sözügedən bank bir il ərzində müştəri depozitlərini artıra bilməyib. Belə ki, bankda müştərilərin depozitləri 1 il ərzində 3 mln. 229 min manat artıb. Bu isə bankın müştəri depozitlərini 256 mln. 543 min manata bərabər edib. Müştəri depozitini cuzi artıran "Turan Bank" bankların və digər maliyyə institutlarının güvənini sarsıdıb. Belə ki, bankların və digər maliyyə institutlarının depozitləri və kreditləri ötən rübün eyni dövrü ilə müqayisədə15 mln. 404 min manat azalaraq 183 mln. 75 min manata enib.

ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB

Bankın xalis faiz fəliri ötən ilin analoji dövrü ilə müqayisədə 2 mln. 586 min manat artaraq 25 mln. 493 min manata çatıb. Qeyri-faiz gəliri 308 min manat artan bankın qeyri-faiz xərcləri 1 mln. 858 min manat artaraq 10 mln. 487 min manata bərabər olub. Bu da bankın xalis əməliyyat mənfəətini 661 min manata bərabər edib ki, bu da ötən ilin 3-cü rübü ilə müqayisədə 36 min manat azdır.

"Turan Bank"ın mənfəəti 2018-ci ilin 3-cü rübü ilə müqayisədə 264 min manat artaraq 329 min manata, məcmu kapital isə 13 mln. 326 min manat artaraq 77 mln. 262 min manata çatıb. (kommersant)



OXŞAR XƏBƏRLƏR

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...