Dünya

Makronun həyat yoldaşı serial qəhrəmanı olacaq

Makronun həyat yoldaşı serial qəhrəmanı olacaq
Fransa prezidentinin arvadı Bricit Makron "Qarderob” serialının yeni epizodunda rol alacaq.

Sfera.az xəbər verir ki, serialda o, özü özünü oynayacaq. 

"Biz bilirik ki, xanım Makron filmimizi bəyənir, bu səbəbdən onu bizimlə oynamağa dəvət etdik” – serialın müəllifi jurnalist və kinoaktyor Adda Abdelli belə deyib.

"Qarderob” serialı "France 2” telekanalı efirində 2011-ci ildən gedir. Serialda məhdud fiziki imkanlı insanlardan, professional üzgüçülərdən bəhs edilir. Qəhrəmanlar hər həftə görüşərək xəbər mübadiləsi edir, şəxsi həyat və ətraf aləmi müzakirə edirlər. Dialoqlarında yumor çoxluq təşkil edən serial böyük tamaşaçı auditoriyasına malikdir.

Prezident Emmanuel Makronun arvadının iştirakı ilə epizodun efirə getməsinin serialın populyarlığını daha da artacağı deyilir. Fransa cəmiyyətində zərif, müasir, müstəqil imici ilə tanınan Bricit Makron populyarlığına görə, yalnız Jak Şirakın arvadı Bernadet Şirakdan geri qalır.
 
Rəsul
Sfera.az

 

AdRiver

XƏBƏR LENTİ