Makqreqor Sirounini 40-cı saniyədə məğlub etdi - VİDEO
11:04 / 19.01.2020
3618
İrlandiyalı döyüşçü Konor Makqreqor və ikiqat UFC çempionu, amerikalı "Kovboy” ləqəbli Donald Sirouni arasında keçirilən döyüş maraqlı anlarla yadda qalıb.
Sfera.az BAKU.WS-yə istinadla xəbər verir ki, çoxdan gözlənilən döyüş 40 saniyəyə başa çatıb.
Belə ki, Konor Makqreqoru rəqibinə ardıcıl zərbələr endirməyə başlayıb. Donald Sirouni isə ona qarşılıq verə bilməyib. Hakim də, döyüşü 40-cı saniyədə dayandırmağa məcbur olub.
Həmin görüntüləri təqdim edirik: