Mahir Mədətovun atası oğlu ilə aparıcı arasında yayılan xəbərdən danışdı – AÇIQLAMA

Mahir Mədətovun atası oğlu ilə aparıcı arasında yayılan xəbərdən danışdı – AÇIQLAMA
Ölkə.az saytında "Qarabağ” futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətovun "CBC Sport” telekanalınıaparıcısı Nərmin Cana gül buketi göndərməsi və cazibədar teleaparıcıya qarşı sevgi hissi bəslədiyi barədə məqalə yayımlanıb.

Oxu.Az-ın əməkdaşı futbolçunun atası, tanınmış prodüser Anar Mədətovun məsələyə münasibətini öyrənib.

"Mahir "CBC Sport” telekanalına İslam Oyunlarından sonra gedib. Hər bir normal insan qonaq dəvət olunduğu verilişə, etiket qaydalarına uyğun olaraq hədiyyə - suvenir və ya gül dəstəsi ilə yollanır. Mahir də bunu ailəsindən öyrənib, o, müşahidə edib ki, valideynləri harasa yollananda hədiyyə ilə gedirlər. Onların arasında sevgi münasibətləri yoxdur. Biz Mahirin ünsiyyətdə olduğu insanları çox yaxşı tanıyırıq. Ümumiyyətlə, Mahir şou-biznes, televiziyadan uzaq qaçan insandır”, - deyə A.Mədətov bildirib.

Xatırladaq ki, Mahir Mədətov UEFA Çempionlar Liqasının "play-off” mərhələsinin ilk oyununda Danimarkanın "Kophenagen” komandasının qapısına vurduğu qoldan sonra gündəmə gəlib. Matç "Qarabağ”ın 1-0 üstünlüyü ilə başa çatıb

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...