"Mahir kimi oğulun atasıyam" - Anar Mədətov

 Tanınmış prodüser Anar Mədətovun müğənni Samir Piriyevlə işbirliyinə son qoyması söz-söhbətlərə rəvac verib. Onların aralarında soyuq yellər əsdiyi və buna görə də sənət yollarını ayırdıqları barədə söz-söhbətlər yayılıb.

Yenicag.az-a açıqlama verən Anar Mədətovun məsələyə münasibəti belə olub:

"Bu məsələni müzakirə etməyin əleyhinəyəm. Vaxtilə o mənə işbirliyi təklif etdi. Uzun illər bərabər çalışdıq. İşbirliyinə son qoymaq da mənim qərarım idi. Türkiyədə restoran biznesinə başlayıb. Xeyirli olsun, işinə davam etsin. Bu əməkdaşlığa son qoymağımızı şişirtmək lazım deyil. Bu barədə 9 milyonluq insanın qarşısında danışmağın yeri yoxdur. Qeybət etmək fikrində deyiləm, ayıbdır. Mahir kimi oğulun atasıyam. Bu əməkdaşlığa son qoyanda da dedim ki, nə vaxt problemlərin olsa, kömək etməyə hazıram".
 
Sfera.az

DİGƏR XƏBƏRLƏR