Krİmİnal

Mahir Emrelinin evini qarət edən şəxslər tutulub

Mahir Emrelinin evini qarət edən şəxslər tutulub
 

Futbolçu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Sfera.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilən Nicat Vəliyev və əvvəl məhkum olunmayan Anar Mahmudov tutulublar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. 

 

Qeyd edək ki, futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Mahir Emrelinin Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd "İphone” markalı telefon oğurlanıb.  

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031