Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlandı
19:01 / 26.02.2018
2192
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.
Mərkəzdən verilən məlumata görə, imtahan nəticələri saat 18:25-dən etibarən DİM-in saytında yerləşdirilib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 12387 bakalavrdan 146 nəfəri imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal olub.
Magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 3-də keçiriləcək.