Madurodan ABŞ-a ittiham: göndərdiyi humanitar yardım zəhərlidir

Madurodan ABŞ-a ittiham: göndərdiyi humanitar yardım zəhərlidir
Venesuela prezidenti Nikolas Maduro ABŞ-a qarşı iddia səsləndirib.


O, Euronews telekanalına verdiyi müsahibədə Amerikanın göndərdiyi humanitar yardımın zəhərli və istifadə üçün yararsız olduğunu dilə gətirib.

Maduronun sözlərinə görə, onun Kolumbiyadan olan mənbələri, ölkəyə çatan yükün korlandığını söylədiyini diqqətə çatdırıb.

"Məhsullar kanserogen kimyəvi maddələrlə doludur, onlar tələb olunan fitosanitar nəzarətdən keçməyib. Bu isə Kolumbiyanın özündə bir sıra qidadan zəhərlənmə hallarına səbəb olub”, - deyə prezident bildirib.

 

Maduronun sözlərinə görə, ABŞ və Venesuela müxalifəti ölkənin nüfuzuna xələl gətirmək məqsədilə humanitar yardıma əl atıb.

O, əhalinin zəhərlənəcəyindən qorxduğundan respublikaya göndərilən humanitar yardımı ölkə hüdudlarına buraxmadığını qeyd edib.

Maduro Venesuelanın başqa ölkələrin köməyinə ehtiyacı olmadığını vurğulayıb.

Oxu.az


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...