Maduro: Venesuelanın təbii ehtiyatlarını ələ keçirmək istəyirlər

Maduro: Venesuelanın təbii ehtiyatlarını ələ keçirmək istəyirlər

Venesuelanın müstəqillik və suverenliyini humanitar yardım göndərmək bəhanəsi altında məhv etməyə çalışırlar.

Sfera.az xəbər verir ki, bunu cümə günü jurnalistlərə ölkə prezidenti Nikolas Maduro deyib.

"Ölkənin müstəqillik və suverenliyini humanitar yardım göndərmək bəhanəsi altında məhv etməyə çalışırlar. Ölkəmizdə sabitliyi pozmaq istəyirlər, lakin bu onlara uğur gətirmədi", - deyə o bildirib.

Prezident qeyd edib ki, Qərb Liviyada olduğu kimi, Venesuelanın təbii ehtiyatlarını ələ keçirmək üzrə planını həyata keçirməyə cəhd göstərir.

"Venesuela üçün hazırlanmış plan az-çox Liviya ilə etdiklərinə bənzəyir. Məqsəd onun təbii ehtiyatlarını ələ keçirməkdir", - deyə dövlət başçısı bildirib.

Maduronun sözlərinə görə, ölkənin daxilinə "beşinci kolona" yeridilib, lakin onlar Suriya və Liviyada olduğu kimi buna nail ola bilmədilər.

"Biz imkan verməyəcəyik ki, onlar Venesuelada terror qruplaşmaları yaratsınlar", - deyə prezident vurğulayıb.

Maduro bildirib ki, heç bir halda humanitar yardım göstərmək bəhanəsi altında dövlətin sərhədlərini pozmağa imkan verməyəcək.

"Biz heç bir halda sərhədlərimizin pozulmasına imkan verməyəcəyik", - deyə o söyləyib.



OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...