\"Maduro dünən ölkəni tərk etmək istədi, ancaq Rusiya qoymadı\" - ABŞ Dövlət katibindən sensasion açıqlama

\
 
Müxalif qüvvələrin etirazları ilə üzləşən Venesuela Prezidenti Nikolas Maduro dünən ölkəni tərk etməyə hazır olub, ancaq Rusiya onu fikrindən daşındırıb.

"İnterfaks xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Maykl Pompeo bildirib.

"Onun təyyarəsi uçuş zolağında idi. Belə başa düşürük ki, o, bu səhər uçmağa hazır idi, amma Rusiya ona qalmalı olduğunu söylədi", - M.Pompeo deyib.

Dövlət katibi Venesuelanın rəhbərliyindəki vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb. 

Onun sözlərinə görə, Maduro hökumətində ölkəni tərk etməyə hazır olan yüksək vəzifəli məmurlar var: "Son həftələrdə onlar özləri bu barədə bizə məlumat veriblər. Venesuela xalqının demokratiyanı bərpa edə biləcəyinə əminik".

Xatırladaq ki, Pompeo bundan əvvəl ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronun respublika ərazisini tərk etməsində israrlı olduğunu açıqlayıb.

Belə ki, ona "hazırda Maduroya nə deyərdiniz" sualı verilib. 

"Təyyarəni işə salın", - Pompeo cavab verib. O, "Venesuela Prezidentinin ölkəni tərk etməsinin vaxtı çatıb" kəlməsini bir neçə dəfə təkrar edib/Report.

Xatırlaadq ki, dünəndən ABŞ-ın dəstəklədiyi müxalif lider tərəfdarlarını və ordudakı dəstəkçilərini "Azadlıq əməliyyatı" adı ilə küçələrə çıxarıb. Qeyd edilir ki, dünəndən paytaxt Karakasın bəzi nöqtələrində küçə döyüşləri gedir. Toqquşamalar nəticəsində ən azı 50-yə yaxın insan yaralanıb. Ölkənin mövcud rəhbərliyi isə çaxnaşmanın daha da böyüməməsi üçün dünəndən ölkədə internetin fəaliyyətini də dayandırıb.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...