Maqazİn

Maduro “Diriliş Ertuğrul”un çəkiliş meydançasında - FOTOLAR

Maduro “Diriliş Ertuğrul”un çəkiliş meydançasında - FOTOLAR
Venesuella prezidenti Nikolas Maduro TRT-də yayımlanan məşhur "Diriliş Ertuğrul” serialının çəkiliş meydançasında olub. 
 
Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimi üçün İstanbula gələn prezident heyran olduğu serialın aktyorları ilə görüşmək istəyib. 

O, bunun üçün ekran işinin çəkildiyi Beykoz ərazisinə gedib.  Prezident serialdakı "Alp” xobrazları tərəfindən at üstündə qarşılanıb. 

N. Maduro və xanımı Cilia Flores serialın baş prodüseri Mehmet Bozdağ, rejissoru Metin Günaydınla görüşüb, aktyor heyəti ilə söhbət edib. (qafqazinfo)





XƏBƏR LENTİ