Macarıstan səfirliyi də başsağlığı verdi
19:46 / 01.12.2021
1568
Macarıstanın ölkəmizdəki səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
Sfera.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi feysbuk səhifəsində yazılıb.
"Macarıstanın Bakıdakı səfirliyi Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin faciəvi qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir”, - başsağlığında qeyd edilir.