İdman

Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb

Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb
 

Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi AVRO-2020-nin seçmə oyununun hakimləri açıqlanıb.

Sfera.az  xəbər verir ki, oktyabrın 13-də baş tutacaq görüşü hollandiyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Dennis Higler olacaq. Ona Yohan Balder və Yoost van Zuylen kömək edəcək.

Dördüncü hakim funksiyasını isə Bas Niyhuys yerinə yetirəcək.

Qeyd edək ki, Budapeştdəki "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930