Mağazalarda \"iPhone 7\" və \"iPhone 8\" üçün şok qadağa

Mağazalarda \
Bu smartfonlar mağazalardan bir-bir yığışdırılacaq

"Apple" ilə "Qualcomm" arasındakı patent davası qızışır. Daha öncə Çində bəzi "iPhone" modellərinin satışının dayandırılması üçün qərar çıxarılmasına nail olan "Qualcomm" Almaniyada da zəfər qazanıb. Alman məhkməsi "Apple"ın bu ölkədə olan bütün mağazalarından "iPhone 7" və "iPhone 8" model smartfonların toplanması barədə qərar qəbul edib.

Qadağa qərarı bu gün rəsmən qüvvəyə minir. Bununla da bu gündən etibarən Almaniyada heç bir mağazada adıçəkilən telefon markalarının satışı olmayacaq. "Apple" bu cihazları mağazalardan bir-bir toplayacaq. 

Münhen məhkəməsi "iPhone"nun bəzi modellərində "Qualcomm"un ixtirası olan və enerji qənaətini təmin edən, batareya ömrünü uzadan bir özəllikdən istifadə edildiyini müəyyən edib. Belə ki, qeyd edilən modellərdə "Intel" və "Qorvo" çipləri var. Bu çiplərin içində isə "Qualcomm"un daha az enerji istifadəsini təmin edən "envelope tracking’" adlandırılan naqilsiz rabitə texnologiyasından istifadə edilib. Yəni "Apple" hər nə qədər də bu texnologiyanı inkişaf etdirməmiş olsa da istifadə etdiyi üçün "Qualcomm" ilə üz-üzə qalıb. 

Əslində qadağa Almaniyada daha məhdud çərcivədə tədbiq edilir. Belə ki, ancaq "iPhone 7" və "iPhone 8" modellərinin satışı yasaqlanıb. Çində isə bu siyahıya "iPhone 6", "iPhone 6S", "iPhone 7", "iPhone 7 Plus", "iPhone 8" və "iPhone X" modelləri düşüb. 

  

OXŞAR XƏBƏRLƏR