Maaşlarla bağlı BƏD XƏBƏR

Maaşlarla bağlı BƏD XƏBƏR
"Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əmək haqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlər bu ilin yanvar ayından dayandırılıb.

BiG.AZ xəbər verir ki, bundan narazı olan məcburi köçkünlər Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər. 
Etirazçılar bildirir ki, onlar təhsil, səhiyyə, mədəniyyət sahələrində və başqa dövlət orqanlarında çalışmış və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olduqları üçün onlara orta aylıq (dondurulmuş) əmək haqqı verilib. Amma indi həmin ödənişlərin verilməsi dayandırılıb. 
Bu barədə "Bizim Yol”a Zəngilan rayonundan məcburi köçkün, ibtidai sinif müəlliməsi İsmayılova Kübra Heydərqulu qızı bildirib.

"Evimizə qayıtmayana və işlə təmin olunmayana kimi bizə dondurulmuş əmək haqqı verilməlidir. Biz Baş nazirinin müavini, «Qaçqınkom» sədri Əli Həsənov qəbul edib, bizə vəd verdi. Amma vədinə əməl etmədi, bizi aldatdı. Onun işçisi bizə deyir ki, maliyyə böhranı səbəbindən dondurulmuş əmək haqqı daha verilməyəcək. Yəni, bizə gedin ölün dedilər. Biz də gəlmişik ki bizi yığıb dənizə töksünlər”,-deyə K.İsmayılova bildirdi. 

Onun sözlərinə görə, illər öncə açıqlanan məlumatda bildirilirdi ki, Qarabağ müharibə nəticəsində işğal altında olan rayonlar da 300 minə yaxın iş yerləri itirilib: "Nəticədə büdcədən maliyyələşən müəssisələrdə çalışan insanların əksəriyyəti işsiz qalıb. Hökumət isə həmin işçilərin sosial vəziyyətini nəzərə alaraq onların maaşlarının saxlanması barədə qərar qəbul edib. 

Sizə deyim ki, onların çoxu hazırda dərddən, problemdən vaxtından tez həyatdan köçməli oldular. Büdcədə az pul olanda bizə dondurulmuş əmək haqqı verilirdi, indi milyonlar var bizə pul vermirlər. Üstəlik, kommunal haqqı tələb edirlər bizdən. İdman yarışları keçirməyə isə pul tapırlar”.

Etirazçıların heç biri dövlət qurumu tərəfindən qəbul edilməyib. Bildirilib ki, Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 182 nöömrəli qərarının 2-ci bəndinin müddəti 2017-ci il dekabrın 30-dək uzadılmayıb.

OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...