Cəmİyyət

Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu - FOTO/VİDEO

Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu - FOTO/VİDEO
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi hazırdır.

Sfera.az bildirir ki, "Qafqazinfo”nun əməkdaşları abidə ilə tanış olmaq üçün Fəxri Xiyabanda olublar. 

Abidənin hazırlanması heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarova həvalə olunmuşdu. O, abidənin üzərində 6 aya yaxın işlədiyini bildirib. 

Qəbrin üzərində ucaldılan heykəlin hazırlanmasında tuncdan, bürüncdən və qranitdən istifadə edilib.

Xatırladaq ki, 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edən Lütfi Zadə Azərbaycanda dəfn edilməsini vəsiyyət etmişdi. 
 
Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri Xiyabanda dəfn edilib. 


XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930