Ölümsüzlük iksiri tapıldı

Ölümsüzlük iksiri tapıldı
Çində arxeoloqlar içində məhlul olan bürünc küzə tapıblar. Onlar bizim eramızdan əvvəl 202-ci il – bizim eranın 8-ci illərində hökmran olan Qərb Xan xanədanlığına aid tapıntını "ölümsüzlük iksiri" adlandırıblar.
Küzə Xenan əyalətinin Loyan şəhərində antik məzarlıqda qazıntılar zamanı tapılıb. Küzədə 3,5 litr miqdarında içki olub. Laboratoriya təhlillərinə görə, məhlulun tərkibi kalium nitrat və alunitdən ibarətdir.

Qədim Çində bu inqridentlərin insan ömrünü uzatdığı hesab edilirdi.

"Bu əfsanəvi tapıntı ölkəmizdə ilk dəfə aşkar edilib. Kəşf qədim metodları öyrənmək üçün çox əhəmiyyətlidir" – deyə Loyan Şi Tsiaçhen şəhərinin Mədəni İrs və Arxeologiya İnstitutunun rəhbəri bildirib.

Mütəxəssisin sözlərinə görə, fakt Çin sivilizasiyanın təkamülü və xronologiyası ilə əlaqəli elmi problemlərin həlli üçün əhəmiyyətlidir.

Tədqiqatçılar həmçinin keramik türbədə nifrit və mis maddələrdən hazırlanmış məhsullar tapıblar.

Ancaq hələlik 210 kvadratmetrlik bir ərazidə olan bir qəbirdə dəfn edilmiş adamın kim olduğu müəyyən edilməyib. Unikal tapıntılar göstərir ki, o, qədim Çində aristokrat təbəqənin nümayəndəsidir.sputnik


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...