Ölüm yaradan şok səbəb: Telefon asılılığı

Ölüm yaradan şok səbəb: Telefon asılılığı
Həyatımızın ayrılmaz hissəsinə çevrilən telefonların ölümə səbəb olduğunu bilirdinizmi?
 
Gündəlik həyatımızın bir parçası olan telefonlar bizi ölümə aparır. Sfera.az saytı bizi özündən asılı vəziyyətə salan telefondan qurtulmaq yollarını araşıdırıb. 
"Telefonunuzdan necə ayrılmalısınız?" adlı kitabın müəllifi Catherine Price deyir ki, körpəsinin gözünün - onda, onun özünün gözünün isə telefonunda olduğunu anladıqdan sonra kitab yazmaq qərarına gəlib.
 
Catherine Price deyir ki, telefonundan daha az istifadə etməyə başlayandan sonra özünü daha xoşbəxt hiss edir.
Price deyir ki, telefondan xilas olmaq  "ayrılmaq, tullamaq və ya bir avtobusun altına atmaq deyil, telefonunuzla yoldaş olmaqdır."
Telefonla "dostlaşmaq" üçün Price kitabında 30 günlük proqramı  təklif edir.

Mümkün qədər çox bildirişi bağlayın. Yalnız həqiqətən istədiyiniz bildirişləri saxlayın.
Telefonun əsas ekranında yalnız ən çox işlətdiyiniz proqramları saxlayın. Əsas ekranda e-poçt, sosial media, oyun proqramları olmamalıdır. Bu proqramları arxa səhifədəki fayllara yığın.
Telefonunuzu yataq otağından çıxarın. Onu saxladığınız yerə kitab yığın ki, əlinizi uzadanda telefon əvəzinə əlinizə kitab keçsin.
Zəngli saat alın. Telefonun zəngli saatı ilə oyanacaqsınızsa, səhər tezdən vaxtınızın telefona sərf edəcəyinizə imkan yaratmış olacaqsınız.


OXŞAR XƏBƏRLƏR