\"Ölülər şəhəri\" \"Çernobıl\"a TƏHLÜKƏLİ SƏFƏR - 500 dollar (VİDEO)

\
Ukraynanın Pripyat şəhəri Çernobıl faciəsindən sonra "ölülər şəhəri" kimi tanınırdisa, indi turizm mərkəzinə çevrilir. Şəhərin adı ilə bağlı çəkilən serialdan sonra bu şəhərə turist axını başlayıb. Ukrayna höküməti şəhəri ziyarət edənlərin sayının 40 faiz artdığı barədə məlumat yayıb. 

Ölkəmizdən də bu şəhərə maraq göstərənlər var. Bunu nəzərə alan yerli turizm şirkətləri də Çernobıla turlar təşkil edir.

Bir zamanlar insanların kabusuna çevrilən şəhərə indi minlərlə turist axın edir. XX əsrin ən böyük texnogen faciəsi-Çernobıl Atom Elektrik Stansiyasının partlayışı ilə tərk edilən Ukraynanın Pripyat şəhərinə Azərbaycandan da səfər edənlər var.

Faciənin təhlükəsini aradan qaldırmaq üçün 6 mindən çox azərbaycanlı da təmizləmə əməliyyatında iştirak edib. Hadisə ilə bağlı serial və səndəli filmlərin çəkilişindən sonra bu ölkəyə səfər edənlərin sayı artıb.

 
Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, "Çernobıl" turunda yalnız yaşı 18 dən yuxarı olanlar iştirak edə bilər. Sağlamlıq, əraziyə giriş üzrə sənədlər və digər yoxlamlar da Kiyevdə həyata keçirirlir. Əraziyə səyahət 1 gündən az çəkir və bəzi qadağalara mütləq əməl etmək tələb olunur.

Vətəndaşların bəziləri Çernobıl atom stansiyasının indiki halının və tərk edilmiş şəhərin maraqlı olduğunu düşünürlər. Bəziləri isə tam əksinə...

Qeyd edək ki, Ukrayna höküməti son bir ay ərzində Çernobıla səfərlərin 40 faiz artdığı barədə məlumat yayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...