Lukaşenkonun 26 illik hakimiyyəti laxlayır? – Belarusda “imza inqilabı”, “axsaq ördək” ittihamı və prezidentin cavabı

Lukaşenkonun 26 illik hakimiyyəti laxlayır? – Belarusda “imza inqilabı”, “axsaq ördək” ittihamı və prezidentin cavabı

Belarusda prezident seçkiləri heç də Lukaşenkonun ssenarisi üzrə keçirilmir.

 

Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, avqustun 9-da Belarusda keçiriləcək növbəti prezident seçkilərinin nəticələri uzun illər ərzində ilk dəfə gözlənilməz ola bilər.

 

Aleksandr Lukaşenkonun 26 illik hakimiyyətindən sonra insanlar hətta siyasi aləmdə az tanınan və təcrübəsiz namizədlərə belə səs verməyə hazırdırlar, təki ölkədə hakimiyyət dəyişsin. Lukaşenko ölkədə baş verən proseslərəhəbslər və axtarışlarla cavab verir. Özü də bütün bunlar pandemiya və iqtisadi böhran fonunda, Moskvanın və Qərbin öz problemləri ilə həddən artıq məşğul olduğu bir şəraitdə baş verir.


PSİXOZ %


İyunun 12-də Minskdə polis paytaxtın tanınmış hədiyyə və suvenir dükanına gedən malları saxlayıb. Mağaza sahibi və daşıyıcı bütün sənədlərin qaydasında olduğunu (saxlanan 400 adi köynək idi.) iddia edir. Hər iki şəxs hazırda iqtisadi cinayətlərə qarşı mübarizə idarəsi, vergi müfəttişliyi və sanitariya xidməti tərəfindən yoxlanılır. Köynəklərin üzərində PSİXOZ % yazılıbmış.


Bu qəbildən olan sorğular bir neçə qeyri-dövlət KİV-də aparılıb. Bunu ciddi rəy sorğusu adlandırmaq olmaz, amma mətbuata israrla hətta sözügedən sorğunu belə aradan qaldırmaq "tövsiyə edilib". Onlara 2012-ci ildə Belarusun İnzibati Xətalar Məcəlləsinə "İctimai rəy sorğularının qeyri-qanuni aparılması” maddəsinin daxil edildiyi xatırladılıb.


 


Lukashenko ilə digər namizədlərin reytinqi ilə bağlı rəsmi məlumatlar yoxdur, müstəqil sosial institutlar ölkədən qovulub.


Lukashenko pandemiya zamanı ciddi təcrid tədbirləri görən ölkələrin rəhbərliklərinin reaksiyasını "psixoz" və "koronapsikoz" adlandırıb.

 

Belarus hakimiyyəti sözügedən tədbirlərsiz keçinməyi qərara alıb. Minsk 9 May Qələbə Günündə izdihamlı bir parad keçirdi, ölkədə restoran, stadion və bərbərxanalar işləyir, tələbələr və məktəblilər yalnız qısa müddətlik dərslərdən uzaqlaşdırıldı. Rəsmi məlumatlara görə, Belarusda Covid-19-a yoluxanların sayı 55 mindən çoxdur və hər gün 700-dən çox yeni yoluxma halı qeydiyyata alınır.

 

Seçki kampaniyası başlayandan Lukashenko tez-tez aşırı emosionallıq nümayiş etdirir. Çıxışlarının birində, o, ölkəsinə Mərkəzi Asiyadakı postsovet dövlətlərin "bəzi liderlərinin" "silah gücünə”, iğtişaşçıları gülllələyərək, necə sabitlik yaratdıqlarını xatırladacağına söz vermişdi.

 

Belarusda seçki kampaniyasına yenicə start verilsə də, artıq onlarla insan saxlanılaraq həbslərə məruz qalıb.

 

Prezidentliyə namizədliyini irəli sürmək üçün piketlərdə iştirak etdiyinə görə 97 nəfər 1246 gün inzibati həbs cəzası alıb, 105 nəfərə ümumi məbləği təxminən 90 min Belarus rublu (təxminən 40 min dollar) həcmində cərimə təyin edilib. Bu haqda qeydiyyatdan məhrum edilməsinə baxmayaraq, fəaliyyətini davam etdirən insan hüquqlarının müdafiəsi mərkəzi"Vesna” xəbər verir.

 

Cəzalandırılanlar arasında blogerlər, fermerlər, fəhlələr, təqaüdçülər də var. Bunlar piketlərdə hazırkı hökuməti tənqid edərək: "Kİm olur olsun, bircə Lukaşenko olmasın!",- bəyanatı ilə çıxış edən insanlardır.


 


"İmza inqilabı”


Belarusda prezidentliyə alternativ namizədlər üçün imzalar toplanan masalar qarşısındakıizdihamlı növbələri "imza inqilabı” adlanırıblar. Növbələr təkcə paytaxtda deyil, həmçinin bu vaxtadək hazırkı prezidentin dayaq nöqtələri sayılan kiçik şəhərlərdə də müşahidə olunurdu.

 

Müxalif siyasətçi və Avropa Dialoq Mərkəzinin rəhbəri Anatoli Lebedko deyir: "Misli görünməmiş vətəndaş fəallığı. Bu ötən əsrin 90-cı illərin də baş verən proseslərin, müşahidə olunan fəallığın başlanğıcıdır. O zanman Sovet İttifaqı dağılırdı və insanların öz fikrini bildirmək imkanı yaranırdı",- deyə o bildirib.

 

"Lukashenko hakimiyyətinin doğurduğu böyük psixoloji yorğunluq özünü biruzə verir.Bu 26 ildə insanlar kobudluqdan, prezidentin ”dövlət-mənəm” davranışından cana doyublar. Əgər bu vaxta qədər ibnsanları yalnız mədələri sosial problemlər, maaş düşündürüdüsə, bu gün onlar ”biz prezidenti və deputatları seçmək hüququ qazanmaq istəyirik” deyirlər. Əvvəlki seçki kampaniyalarında belə bir şey olmamışdı”.


Lebedko onu da qeyd edib ki, Lukoşenkonun pandemiya dövründəki bəyanatları, məlum virusa yoluxan tanınmış simaların ünvanına söylədiyi hörmətsizifadələr də insanların əhval-ruhiyyəsinə kifayət qədər güclü təsir göstərib.

 

Ölkədəki iqtisadi vəziyyət, keçmiş kampaniyalarda olduğu kimi əmək haqlarını və sosial müavinətləri artırmağa imkan vermir. Lukaşenkonun əvvəlcə 1000, sonra isə 500 dollarlıq əmək haqqı vədi də söz olaraq qalır.

 

Gözlənilməyən yerdən gələn zərbə


2010-cu ilin seçki kampaniyasında Belarusun tanınmış müxalifətçiləri iştirak edirdi. Bu dəfə isə onları "ikinci şəxs" və "gənc nəslin siyasətçiləri" adlandırılan namizədlər əvəz edir.


"İlk nəzərdə düşünmək olardı ki, budəfəki kampaniya da Lukoşenkonun xeyrinə sonuclanacaq. Hər şey əvvəlcədən planlaşdırılmışdı, hazırkı prezident seçki komissiyalarına öz adamlarını təyin etmişdi. Amma gözlənilmədən yeni simalar peyda oldu. Özü də indiki namizədlər kifayət qədər uğurlu insanlardır.

 

Misalçün, Viktor Babriko uğurlu menecerdi, Valeri Sepkalo bir zamanlar hakimiyyətdə təmsil olunan şəxsdir, Sergey Tixanovski isə videoblogerdir. Məhz bu insanlar bu gün ictimaiyyətin diqqət mərkəzindədirlər. Odur ki, hakim rejim gözləmədiyi yerdən zərbə aldı”,- deyə ekspert Aleksandr Klaskovski bildirib.

 

Hər üç namizədə mənfi xarakteristika verən Aleksandr Lukaşenko isə: "Ölkəni onlara verməyəcəyik!” bəyanatını səsləndirib.

 

Belorusların iradəsi


"Son illər ərzində ilk dəfədir ki, nə Qərbin mövqeyi, nə də Kremlin fikri belorusları maraqlandırmır, onlar artıq öz evlərində öz qaydalarını müəyyən etmək haqda düşünürlər ". Bu yazıçı Viktor Martinoviçin fikridir.

 

Sevgiyə zorlama


"Təəssüf ki, mənim üçün bu seçkilərin nəticəsi gözləniləndir. Lukaşenko hakimiyyətdə qalacaq",- deyə Stanislav Şuşkeviç bildirib.


Analitik Sergey Çalıy hesab edir ki, bu Lukoşenko tərəfindən "sevgiyə zorlamadır”


"Düşünürəm ki, Lukoşenko 9 avqust seçkilərində duruş gətirsə belə, bu son olmayacaq. Ölkə artıq nə 9 avqustadək, nə də ondan sonra əvvəlki kimi olmayacaq. Lukoşenko isə artıq axsaq ördəkdir, bu adam ən yaxın gələcəkdə hakimiyyətdən gedəcək.”,-deyə "Avropa dialoqu” mərkəzinin rəhbəri Anatoli Lebedko əminliklə söyləyib.

 

"Narahat olmayın, biz seçkiləri keçirəcəyik”. Bunu isə iyunun 16-da "Qrodno Azot” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilə görüşdə prezident Lukoşenko bəyan edib.

 

"Bu keçirdiyimiz ilk seçkilər deyil ki. Əsas odur ki, ölkəni itirməyək. Onu avaralara və helekopterdən pul səpməyi vəd edənlərə verməyək.”,- deyə Aleksandr Lukoşenko əlavə edib və... adəti üzrə "növbəti beşillikdə” maaşları iki dəfə artıracağına söz verib.

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...