Lukaşenko: “Qarabağ və digər münaqişələrə göz yummaq olmaz\"

Lukaşenko: “Qarabağ və digər münaqişələrə göz yummaq olmaz\
ATƏT regionunda bir sıra problemlər yığışıb qalıb və onlara heç bir halda göz yummaq olmaz.

Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko ATƏT Parlament Assambleyasının sədri Georgi Sereteli ilə Minskdəki görüşündə deyib.

"Razılaşın ki, bizim ümumi evimizdə həllini gözləyən çox böyük problemlər yığışıb qalıb: həm Dağlıq Qarabağ, həm Dnestryanı, bir sıra digər daha az danışılan problemlər. İndi isə Ukrayna əlavə olunub”-Aleksandr Lukaşenko bildirib.

Belarus prezidenti qeyd edib ki, ola bilsin ATƏT-i bu problemlərə zəif reaksiya verdiyi üçün tez-tez tənqid edir, amma həmin problemlərin həlli birbaşa ATƏT-in işidir.

"Bu təşkilat ilk növbədə Avropa qitəsində təhlükəsizliyə cavabdehdir və bu gün həmin problemlərə göz yummaq heç bir halda olmaz”-o əlavə edib. Lukaşenko deyib ki, ATƏT platformasında uzun müddətdir prezidentlər görüşüb bu problemləri müzakirə etmir. Belarus prezidenti xatırladıb ki, sonuncu belə toplantı 2010-cu ildə Astanada olub, amma daha irimiqyaslı konfrans 1999-cu ildə İstanbulda keçirilmişdi. (virtualaz.org)

OXŞAR XƏBƏRLƏR