Lukaşenko: “Karantin asan məsələdir, bəs nə yeyəcəyik?”

Lukaşenko: “Karantin asan məsələdir, bəs nə yeyəcəyik?”
 Belarus karantin rejimi tətbiq etməyən azsaylı ölkələrdəndir.

Postsovet respublikasından reportaj hazırlayan "Euronews” burada həyatın normal axarda getdiyini bildirir. Minsk küçələri insanla doludur.

Sfera.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə karantin rejiminin əleyhinə olduğunu bildirib. Müşavirədə çıxış edən dövlət başçısı beynəlxalq təşkilatların bu istiqamətdə təzyiqi ilə üzləşdiklərini deyib.

"Bizdə də boşboğazlıq edənlər var: "Karantin, komendant saatı!”. Qulaq asın, ən asanı budur, bəs nə yeyəcəyik? Bir çox təşkilatlar, dövlət liderləri aclıq ehtimalından danışır”, - Lukaşenkonun fikirləridir.

Lukaşenkonun qətiyyətli çıxışına baxmayaraq, ölkədə vəziyyətin yaxşı olmadığı göz önündədir. Minskdə, Vitebskdə həkimlər kütləvi işdən çıxır. Xəstəxanalarda koronavirusa yoluxanların sayı sürətlə artır. Belarus Ümumdünya Səhiyyə Təşkilatına hesabatında indiyə qədər cəmi 1486 nəfərin virusa yoluxduğunu bildirib. Alternativ media isə gerçəyin xeyli qorxulu olduğunu iddia edir. Əslində, rəsmi rəqəmlər də bədbinliyə əsas verir. Təkcə son sutka ərzində ölkədə 420 nəfərin virus testi müsbət nəticələnib. Ölənlərin ümumi sayı 16-ya çatıb. (bizimyol.info)

OXŞAR XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...