Ölü heyvan əti satmaq istədilər - FOTO

Ölü heyvan əti satmaq istədilər - FOTO
 

Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində axşam saatlarında vətəndaş İsmayılov Camil Yunis oğluna məxsus kəsim sahəsinə baxış keçiriblər.

Bu zaman kəsim yerində istehlak üçün yararsız, mənşəyi məlum olmayan, ölmüş heyvana məxsus olduğu şübhə doğuran, satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan heyvan cəmdəyi aşkar olunub.

Yararsız ətin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, ətdən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

 



OXŞAR XƏBƏRLƏR