Lotu Qulinin vəkili Elinanın anası ilə niyə görüşüb… – Açıqlama

Lotu Qulinin vəkili Elinanın anası ilə niyə görüşüb… – Açıqlama
162 saylı orta məktəbdə pəncərədən özünü ataraq intihar etmiş Elina Hacıyevanın ailəsinə vəkil məqsədilə yardım toplanması aksiyası dayandırılıb. Çünki üç vəkillə bu ailəyə təmənnasız hüquqi yardım göstərmək barədə razılıq əldə olunub. Bunlar Emin İsayev, Sevinc Əliyeva və Azər Nağıyevdir.
Bizimyol.info xəbər verir ki, E.Hacıyevanın anası Sevil Hüseynova aprelin 23-də Vəkillər Kollegiyasına dəvət edilib. Hüquqlarını müdafiə edəcək vəkillər S.Hüseynovaya təqdim olunub.

S.Hüseynova  xəbəri təsdiqləyib. Bildirib ki, artıq vəkillərlə müqavilə imzalanıb: "Tam ödənişsiz üç vəkillə təmin edildim. Beləliklə, vəkil üçün pul yığmaq məcburiyyətindən azad olundum. Bildirirəm ki, bu məqsəd üçün nə mən, nədə ki, ailəm pul yığır”.

S.Hüseynova iki gün öncə bildirmişdi ki, vəkil üçün pul toplanması barədə məlumatlar yayılandan sonra Təranə Əliyeva adlı başqa bir vəkil də öz təşəbbüsü ilə onlara gələrək, hüquqi yardım göstərmək istədiyini deyib.

"Vəkillər Kollegiyasının sədri də zəng edərək, bir neçə vəkilin bizə hüquqi yardım göstəməyə hazır olduğunu bildirib. Təranə Əliyeva da bir nəfərlə birlikdə özü bizə gəlmişdi. Hələlik konkret qərar verməmişik. Amma çox güman ki, Təranə Əliyeva olacaq”,- Elinanın anası iki gün əvvəl belə demişdi.

Bizimyol.info-nun əldə etdiyi məlumata görə, T.Əliyeva həm də Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın rəfiqəsidir. İstisna olunmur ki, T.Əliyeva məhz rəfiqəsinin təşəbbüsü ilə bu işə qoşulmaq istəyib.

X.Bayramova Elinanın ölümü ilə bağlı istintaqa da cəlb olunub. Çünki məktəbli özünü pəncərədən atandan sonra məktəbdə otaqda onu danışdırıb, bunu videoya çəkən X.Bayramova olub.

X.Bayramova bildirib ki, hadisə günü səhər saat 9 radələrində məktəbin direktoru Sevinc Abbasova ona zəng edərək, belə bir olay yaşanması haqda məlumat verib. O da öz növbəsində icra başçısını məlumatlandırıb və daha sonra məktəbə gedib: "Çünki mən icra başçısının müavini olmaqla yanaşı, həm də yetkinlik yaşına çatmayan şəxslərlə iş üzrə komissiyanın sədriyəm”.

Hadisə barədə hüquq-mühafizə orqanlarına da özü məlumat verdiyini bildirən X.Bayramova yaralı vəziyyətdə qızı videoya çəkməsini isə belə izah edib: "Məqsədim baş verən hadisədə maksimum şəffaflığı təmin etmək, hadisədən sonrakı araşdırmalar üçün faktları qeyd etmək olub”.

Bildirdiyinə görə, sonradan həmin videonu övladının canlı vəziyyətdə son xatirəsi kimi, Elinanın anasına verib.

T.Əliyeva uzun illər "Lotu Quli” kimi tanınan Nadir Səlifovun da vəkili olub.Bizimyol

OXŞAR XƏBƏRLƏR

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...