“Lotu Quli”nin qardaşından gözlənilməz qərar

“Lotu Quli”nin qardaşından gözlənilməz qərar
"Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovun qardaşı Müşfiq Səlifov 2005-ci ildə Avropa Məhkəməsinə şikayət edib.

Sfera.az "Yenicag.az"-a istinadən xəbər verir ki, o, Konvensiyanin 6.1 və 6.3-cu maddələrinin pozuntusunun tanınmasını tələb edib. Məhkəmə 2016-cı ildə kommunikasiyaya başlayıb.

Bu gün məhkəmə qərarını elan edib. Lakin ərizəçı məhkəməyə məktub göndərərək ,işin aparılmasında maraqlı olmadığını bildirib.  Buna görə də məhkəmə işi siyahıdan çıxarıb.

Qeyd edək ki, "Lotu Quli”nin mühakimə edilən ilk qohumu – qardaşı Müşfiq olub. 2005-ci ildə tutulan Müşfiq Səlifov "Lotu Quli” ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri qarşısında dayanıb.

2006-cı idə məhkəmənin hökmü ilə Müşfiq Səlifov 12 il cəza alıb, daha sonra Apellyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib. 2007-ci ildə Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Səlifov Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Təhsil Nazirliyi və Bakı Dövlət Universitetini məhkəməyə verib.

İddiada Müşfiq Səlifov pozulmuş təhsil hüquqlarının bərpasını xahiş edib. Həbs olunarkən BDU-nun hüquq fakültəsinin 4-cü kursunda təhsil alan Müşfiq Səlifovun təhsilini davam etdirməsi üçün şərait yaradılmayıb.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...