“Lotu Quli”nin daha bir adamı saxlanıldı

“Lotu Quli”nin daha bir adamı saxlanıldı
Qondarma Luqansk Xalq Respublikasının Lisiçansk şəhərində "Lotu Quli"nin silahlı emissarı saxlanılıb.

Sfera.az bildirir ki, bu barədə Milli Polis Təşkilatının Strateji Araşdırmalar Departamenti məlumat yayıb.

Postsovet məkanında oğrular dünyasının kralı olmaq üçün mübarizə aparan Nadir Səlifovun adamını Ukraynaya yeni "kriminal hərəkat" qurmaq üçün göndərdiyi bildirilir. 

Yoxlanış zamanı adı açıqlanmayan 34 yaşlı Azərbaycan vətəndaşının üzərindən iki ədəd "F-1" qumbarası, iki ədəd silah və  50 ədəd güllə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR