Krİmİnal

“Lotu Quli”nin adamları belə saxlanıldı - VİDEO

“Lotu Quli”nin adamları belə saxlanıldı - VİDEO
 

Ukrayna hüquq-mühafizə orqanları Odessa şəhərində qəsbkarlıqla məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib.


 

Sfera.az-ın qafqazinfo-ya istinadən xəbərinə görə, dəstəyə "Lotu Quli”nin adamlarından biri, Azərbaycandan olan "Kondur” ləqəbli kriminal avtoritetin rəhbərlik etdiyi məlum olub.


 

Məlumata görə, dəstə üzvləri cari ilin fevralında Odessanın Suvorov rayonunda adı açıqlanmayan kişinin 110 min qrivenini (4 min dollardan çox) və "Nissan” markalı iki avtomobilini əlindən alıblar. Bundan sonra onlar qurbanından yenə pul tələb ediblər. Lakin həmin şəxs polisə müraciət edib.

 

Dəstə üzvləri onunla yenidən görüşüb 5 min dolları və "Hyundai” markalı avtomobili almaq istəyəndə polis tərəfindən saxlanılıblar.



XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930