Lotoreyada 4 milyon uddu, cinsini dəyişdi
23:30 / 06.03.2018
3122
Londonda yaşayan kişi ahıl çağında lotereyada 4 milyon avro udandan sonra həyatını tamam dəyişib.
Sfera.az "Mirror” nəşrinə istinadən xəbər verir ki, o, cinsiyyətini dəyişərək qadın olub. Hazırda adı Melissa Ed olan 57 yaşlı transgender kosmetik əməliyyatlara əməli-başlı xərc qoyur.
O, indiyə kimi bir çox estetik əməliyyat keçirib: dodağını böyüdüb, dərisini dartdırıb, qaşlarını qaldırdıb, üzünə botoks etdirib və sair.
Əməliyyatlardan sonra gözəlləşən "qadın”ın sevgilisi Reyçel Nason baş verənlərlə bağlı belə deyib:
"Milissanın dərisi əvvəl qırışmış hinduşka dərisinə oxşayırdı. İndi isə tamam fərqlidir".
İlqar