Lotereyada 10 milyon uddu, müəmmalı şəkildə öldü

Lotereyada 10 milyon uddu, müəmmalı şəkildə öldü

Lotoreyada milyonlarla Kanada dolları udan qalib Efiopiyada müəmmalı şəkildə ölüb.

Bu barədə "CBC News” xəbər yayıb.

Maykl Qebru Efiopiyada doğulub və böyüyüb. O, daha sonra Kanadaya gedib, viza alıb və burada zavodda işləməyə başlayıb. 2017-ci ildə isə işsiz qalıb. İşdən qovulduqdan sonra lotereya bileti alıb və 10,7 milyon Kanada dolları (13,7 milyon manat) qazanıb.

 

Qebru jurnalistlərə ev almaq və Yamaykanı ziyarət etmək istədiyini deyib. Bundan əlavə, o, qazandığı sərvəti başqalarının da rifahı üçün xərcləməyi düşünüb:

"Mən həmişə lotereya qazansam, ehtiyacı olanlara kömək edəcəyimi deyirdim”.

Qohumları Qebranın sözünü tutduğunu təsdiqləyiblər. Belə ki, milyonçu olandan sonra o, tez-tez Efiopiyada olur, keçmiş həmvətənlərinin həyatını yaxşılığa doğru dəyişməyə çalışırdı.

Təxminən iki həftə əvvəl Qebra yenidən Afrikaya gedib və bir neçə gün sonra Kanadadakı qohumları onun ölüm xəbərini alıblar. Onlar Qebranın pula görə öldürüldüyünü düşünür və Kanadanın Efiopiyadakı səfirliyindən kömək gözləyirlər. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...