Lopez Türkiyəyə 90 nəfərlə gəldi

Lopez Türkiyəyə 90 nəfərlə gəldi

Dünyaca məşhur müğənni Cennifer Lopez bu gün Türkiyənin Antalya şəhərində konsert verməyə hazırlaşır."Qafqazinfo” xəbər verir ki, "It's My Party” konsert turu çərçivəsində səhnəyə çıxacaq Ceylo türk pərəstişkarlarını sevindirəcək.

Moskvadakı gecəsindən sonra 90 nəfərlik komandası isə Antalyaya gələn ifaçı hava limanından birbaşa otelə gedib.  Onu özəl mühafizə xidməti və polis karteji müşahidə edib. 

Türkiyədə üç gün qalacağını bildirən pop ulduz 5 yataq otağı, hovuzu, helikopter dayanacağı olan üçmərtəbəli villaya yerləşdirilib . 

800 işıq texnikasının qurlaşdırıldığı səhnəyə isə 150 texniki xidmət cəlb olunub. 

Bu məqamda bildirək ki, biletlərin qiyməti 7000 və 300 min TL arasında dəyişir. 


OXŞAR XƏBƏRLƏR