Londonda 74 milyard dollarlıq şübhəli mülklər tapıldı - Sahibləri kimdir?

Londonda 74 milyard dollarlıq şübhəli mülklər tapıldı - Sahibləri kimdir?
İngiltərədə və Uelsdə vergi sığınacaqlarında qeydiyyatdan keçmiş anonim şirkətlərə məxsus 87 min daşınmaz əmlak obyekti aşkarlanıb. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat "Global Witness” korrupsiya əleyhinə qeyri-hökumət təşkilatının hesabatında əksini tapıb.

Aktivlərin dəyəri 74,3 milyard dollar həcmində qiymətləndirilir. "Global Witness” məlumatları Britaniyanın parlament komitəsinə təqdim edib. Qeyd olunur ki, hələ 2016-cı ildə ölkə hökuməti daşınmaz əmlakın son sahiblərinin reyestrini tətbiq etməyi planlaşdırırdı, lakin proses ləng gedir. Anonim mülkiyyətin 40 faizi Londonda, özü də bunların əksəriyyəti, təxminən 10 mini Vestminsterdə yerləşir.

"Getdikcə daha çox aydın olur ki, Britaniya mülkiyyəti oğurlanmış pulların yuyulması və qarəti üçün cinayətkarların və korrupsionerlərin ən sevimli alətlərindən biridir”, - "Global Witness”in nümayəndəsi Ava Li deyir.

Təşkilatda bildiriblər ki, onların araşdırmaları cinayətkarların və korrupsiyaya bulaşmış siyasətçilərin öz gəlirlərini gizlətmək və özlərinə, ailələrinə təhlükəsiz sığınacaq təmin etmək üçün Britaniyanın daşınmaz əmlak bazarından istifadə etmələrini dəfələrlə nümayiş etdirib.

Qeyd edək ki, bu ilin əvvəllərində Böyük Britaniyada dələduzluq, korrupsiya və pulların yuyulması ilə mübarizə məqsədilə xüsusi qrupun formalaşdırılmasına başlanıb. Həmin qrup ilk növbədə Rusiyadan, keçmiş sovet respublikalarından, Asiya və Nigeriyadan maliyyə axınarına nəzarət edəcək.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...