\"Ölkəyə turist gətirən şirkət gələn turistə görə cavabdeh olmalıdır\"- Arzu Nağıyev

\
 Azərbaycana gələn əcnəbilərin sayında 2018-ci ildə müşahidə olunan artım 2019-cu ilin yanvarında da davam edib.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, yanvarda ölkəmizə 191,4 min xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur. Əcnəbilər arasında ən çox artım Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır. Ən yüksək artım tempi Cənubi Asiya ölkələri olan Pakistan və Hindistana, Mərkəzi Asiyadan Qazaxıstan və Türkmənistana məxsusdur. 

Novruz bayramı ərəfəsində, eləcə də, bayram günlərində, həmçinin Formula 1 yarışları zamanı Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli artım gözlənilir. 

Turizm Azərbaycan üçün gəlirli sahələrdən biri olsa da, turistlərin sayının artması, Azərbaycana səyahət şərtlərinin sadələşdirilməsi ölkədə turizm təhlükəsizliyi məsələsini də gündəmə gətirib. Uzun müddət təhlükəsizlik orqanlarında çalışmış Arzu Nağıyevin fikrincə, daxili işlər və xüsusi xidmət orqanları bununla bağlı tədbirlər görməlidir. 

Arzu Nağıyev hesab edir ki, ölkəyə turist gətirən turizm şirkətləri də gələn turistə görə cavabdehlik daşımalıdır. Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov isə bununla razılaşmır. O, hesab edir ki, hansısa turistdən gözlənilən təhdidi ortaya çıxarmaq, bunun qarşısını almaq dövlət orqanlarının işidir. 

Azərbaycan qanunvericiliyinə görə, ölkədə 15 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının elektron xidmətləri, elektron hökumət portalı və elektron poçt vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud "ASAN xidmət" mərkəzlərinə müraciət edilməlidir. 

2018-ci il ərzində 740 min 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...