Ölkənin şimal-şərqində körpü çükdü - ölənlər var
12:15 / 02.10.2019
1348
Tayvanın şimal-şərqində körpünün çökməsi nəticəsində beş nəfər həlak olub.
Sfera.az bildirir ki, daha bir nəfər itkin düşüb.
Hadisənin qurbanları İndoneziya vətəndaşlarıdır. Hazırda itkin düşən şəxsin axtarışları aparılır.
Qeyd olunur ki, körpü çökən zaman indoneziyalı balıqçıların olduğu qayıq körpünün altında olub.