Ölkəmizin qaz ixracından gəliri 22 faiz artdı

Ölkəmizin qaz ixracından gəliri 22 faiz artdı

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 5,182 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

Sfera.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 926,776 mln. dollar təşkil edib.

Hesabat dövründə ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 3,53%, dəyəri isə 22,31% artıq olub.

Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 12,83%-ni təşkil edib.

Sfera.az

DİGƏR XƏBƏRLƏR